Zəlzələdə 10 Azərbaycan vətəndaşı həlak olub
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.
Bu barədə Azərbaycan XİN-dən Sabah.az-a bildirilib.
Əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002 təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
Həlak olmuş vətəndaşlarımızın cənazələrinin 16 fevral tarixində Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb.
Türkiyədə zəlzələ
Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən Oxu.Az-a verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:17-də Qaziantep, Adana, Diyarbəkir və ətraf şəhərlərdə güclü dağıntılarla və insan tələfatı ilə müşahidə olunan, maqnitudası Mw=7.8 olan zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 7,8 bal, dərinliyi 10 km olub.