QHT azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı hesabat yayıb
QHT azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı hesabat yayıb
“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyi tərəfindən “Ermənistan-Azərbaycan müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı ilkin hesabat” hazırlanmışdır.
Bu barədə QHT.az-a “Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli məlumat verib.
İctimai Birliyin sədri bildirib ki, hesabat iki dövrü –1988-ci idən başlayaraq 27 sentyabr 2020-ci ilədək yəni birinci 1-ci Qarabağ Savaşı, ondan sonrakı dövrü və 27 sentyabr 2020-ci ildən sonrakı Vətən müharibəsi (2-ci Qarabağ Savaşı) dövrünü əhatə edir. Hesabat bir neçə hissədən ibarətdir.