Avropa liderləri Afinanın taleyini həll edəcək
Avropa liderləri Afinanın taleyini həll edəcək
Onlar Yunanstanı defoltdan çıxarmaq üçün təcili görüş keçirəcəklər
Avropa ölkələrinin liderləri iyunun 22-də fövqəladə iclas keçirəcəklər. Məqsəd Yunanstan defoltunun qarşısını almağa cəhdlə bağlıdır.
ANS PRESS-in məlumatına görə, bundan əvvəl 19 ölkənin maliyyə nazirlərinin Lüksemburq görüşündə nəticə əldə olunmayıb. Tərəflər Yunanstana “islahatlar qarşılığında nəğd pul” maliyyə yardımı proqramı ilə bağlı razılığa gəlməyiblər.
Yunanıstan 12 gündən sonra Beynəlxalq Valyuta Fonduna əsaslı kredit ödənişini həyata keçirməlidir. Fondun rəhbəri Kristin Lagard bildirib ki, heç bir vaxt uzadılmasından söhbət gedə bilməz, defoltun elan olunacağı istisna deyil.
Avropa Mərkəzi Bankı da xəbərdarlıq edib ki, iyunun 22-dən Yunanstanda banklar açılmayacaq.
Xatırladaq ki, iyunun 15-17-də Yunanstanda əmanətçilər hesablarından təqribən 2 milyard avro geri çəkiblər. Bu məbləğ Avropa Mərkəzi Bankının bu həftə Yunanstan banklarına verməyə zamin olduğu məbləğdən iki dəfə çoxdur. (anspress.com)