İŞİD Həcc ziyarətinə təsirsiz ötüşməyəcək
İŞİD Həcc ziyarətinə təsirsiz ötüşməyəcək
Yaxın Şərqdə İŞİD təhlükəsi böyük olsa da, zəvvarlar təhlükəsizlikdə olduqlarına inanırlar
Şimal-Qərbi Afrikada Ebola virusunun yayılması və Yaxın Şərqdəki münaqişələr Məkkədə Həcc ziyarətinə təsirini göstərə bilər.
ANS TV-nin məlumatına görə, Yaxın Şərqdə İŞİD təhlükəsi böyük olsa da, zəvvarlar təhlükəsizlikdə olduqlarına inanırlar.
Amerikalı zəvvar İmran Baiq “ŞİD-i "qorxaqlar dəstəsi" adlandırıb və onların sadəcə İslamdan öz xeyirləri üçün istifadə etdiklərini söyləyib.
Səudiyyə Ərəbistanı hökuməti bu il Ebola virusunun yayıldığı Syerra-Leone, Liberiya və Qvineya kimi Afrika ölkələrindən zəvvarlara viza verməyib. Hər ehtimala qarşı Kəbə ətrafında dövr edən izdiham arasında bəzi zəvvarlar özləri sağlamlıq tədbirləri görür və qoruyucu maskalar taxırlar.
Malayziyalı zəvvar İlyas İsmayıl deyirki, sağlamlığı üçün bu maskanı taxır. Çünki Afrika ölkələrində Ebola virusunun yayıldığını eşidib və bu virusa yoluxmaqdan qorxduğu üçün bunun qarşısını almağa çalışır.
Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanında Ebola virusuna yoluxma halı qeydə alınmayıb. (anspress.com)