ABŞ-dan İŞİD-ə silsilə hücum
ABŞ-dan İŞİD-ə silsilə hücum
Terrorçu qruplaşmanın mövqelərinə 3 ardıcıl hücum təşkil edilib
ABŞ ordusu Ərbil və Mosul bəndi yaxınlığında yerləşən "islam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada, uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarələrlə həyata keçirilən hücumlarda İŞİD-in “Humvee” tipli bir avtomobilini, lazımlı texnikalarından birini və 3 zirehli avtomobilini məhv etdiyi, terrorçu qruplaşmaya aid bir binanın da zərbələrə məruz qoyulduğu bildirilir.
Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 101 hava hücumu təşkil etdiyi barədə məlumat verib.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama iki həftə əvvəl orduya İŞİD terror təşkilatına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib. (anspress)