İŞİD daha bir qəsəbəni aldı
İŞİD daha bir qəsəbəni aldı
Qəsəbə uğrunda gedən döyüşlərdə 8 İraq polisi ölüb
İraq və Şam İslam Dövləti qruplaşması İraqda daha bir qəsəbəni ələ keçirib.
ANS PRESS-in məlumatına görə, terrorçu qruplaşma İraqın Salahaddin vilayətinin Ed-Duluiyyə qəsəbəsində nəzarəti ələ alıb.
Məlumata görə, İŞİD silahlıları dünən bütün günboyu qəsəbəyə hücum edib. Qəsəbə uğrunda gedən döyüşlərdə 8 İraq polisi ölüb, 7 polis olmaqla 16 nəfər yaralanıb.
Yerli əhali İraq ordusunu qəsəbənin müdafiəsinə kömək etməməkdə qınayıb.
Qeyd edək ki, İŞİD İraqın Mosul, Tikrit, Baxibə və Telafer şəhərlərini ələ alıb. Qarşıdurmalar nəticəsində 1 milyon insan qaçqın vəziyyətinə düşüb. (anspress)