Gənclərin sağlamlığı naminə QHT və KİV-in birgə fəaliyyət proqramı
Azərbaycan Respublikasının Prezidenti yanında
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “«Gənclərin sağlamlığı naminə QHT və KİV-in birgə fəaliyyət proqramı» layihəsi davam edir
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “«Gənclərin sağlamlığı naminə QHT və KİV-in birgə fəaliyyət proqramı» layihəsini həyata keşirir. Layihənin məqsədləri narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi kimi problemləri bir daha ictimayyətin diqqət mərkəzinə gətirmək, bir başa orta və ali təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, kütləvi informasiya vasitələrinin bu prosesdə fəallığını artırmaq, mövzunun daha da geniş şəkildə müzakirəsinə nail olmaq, bu mövuzda yazan peşəkar jurnalistlərin yetişməsinə yardım etməkdir.
Layihə çərçivəsində növbəti tədbir 15 aprel 2014-cü il tarixdə Bakı şəhəri Şüvəlan qəsəbəsində keçirilmişdir. Tədbirdə orta məktəblərin yuxarı sinif şagirdləri, müəllimlər iştiark etmişdir. Tədbirdə narkomaniya və onun yaratdığı fəsadları barədə məlumat verilmiş, interaktiv müzakirələr aparılmışdır. Sonda layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş etdirilmişdir.
***
Media üçün əlaqə nömrəsi:
Public Association “Development of Society and Civil Relations”( DSCR ) | Baku, Azerbaijan
Tel: (+99 412) 511-38-21 | fax: (+ 99 412) 511-38-21 | e-mail: office@dev-cociety.org, dscr-center@hotmail.com | www.dev-society.org