İnsanlar hansı yaşda xoşbəxt olurlar?
Xoşbəxtliklə bağlı müxtəlif fikirlər səslənsə də, ümumilikdə xoşbəxtlik insanın bütün istəklərinə əksiksiz və davamlı yetişməkdən doğan iftixar vəziyyəti kimi ifadə edilir. Bəziləri xoşbəxtliyi maddi, bəziləri mənəvi, bəziləri isə hər iki amillərlə əlaqələndirirlər. Bundan başqa xoşbəxtliklə bağlı müxtəlif dinlərdə, fəlsəfi görüşlərdə ayrı-ayrı fikirlər öz əksini tapıb.
Xoşbəxtliyin amilləri
Son vaxtlar insanların hansı yaşda xoşbəxt olmaları ilə bağlı da müxtəlif araşdırmalar aparılır. Bunlardan biri kimi İngiltərədəki London İqtisadi Mərkəzinin apardığı araşdırmada insan həyatında xoşbəxliyin “U” formasında, əyri bir şəkildə oluğunu göstərib. İnsanların 23 yaşında çox xoşbəxt olduqlarını, ancaq bunun 50 yaşa qədər tədricən pozulduğunu göstərən araşdırmaçılar daha sonra bəzi düşüncə və həyatdan gözlədiklərinin yerini aldığını, 69 yaşında təkrar xoşbəxtliyi yaşadıqlarını bildiriblər. ABŞ-da aparılan digər bir araşdırma isə fərqli bir yaş ortaya qoyub. Belə ki, 2 min qadın və kişi arasında aparılan bir araşdırmada hər iki cinsin hədəflərinə 40 yaşından öncə yetişməyi arzuladıqlarını bildiriblər. Maraqlı faktlardan biri də odur ki, pul hər iki cins tərəfindən də daim sevgidən öncə gəlir. Araşdırmaya görə, qadınlar həyatda ən çox istədikləri 10 hədəfi 37 yaşında gerçəkləşdirirlər. Bu hədəflər maliyyə baxımından da təminatlı olmaq, ailə qurmaq, dünyayı gəzmək, gözəl ev sahibi olmaq, yaxşı karyera qurmaq, xarici dil öyrənmək və qısa müddətə də olsa, xaricdə yaşamaqdır. Digər bir araşdırmada isə insanların ən xoşbəxt olduğu yaş 50 yaşdır. Belə ki, bu yaşlarda olan insanların daha çox gülümsədiyi və çox xoşbəxt olduğu göstərilir. Bu isə təqaüd sonrası iş stressinin olmaması və gündəlik həyatın daha rahat hala gəlməsilə əlaqələndirilir. 50 yaşdan aşağı insanların isə daha az gülümsədiyi, bunun isə işlə bağlı stresslə əlaqədar olduğu göstərilir. Hətta 50 yaşdan artıq yaşı olan insanların daha ürəkdən güldüyü halda, 30-40 yaş arasındakıların gülümsəməyi unutduğu göstərilir.