"Təhsildə şəffaflığın artırılmasında vətəndaş cəmiyyətinin iştirakı" layihəsi keçirilir
"Təhsildə şəffaflığın artırılmasında vətəndaş cəmiyyətinin iştirakı" layihəsi keçirilir |
Layihənin məqsədləri ölkədə şəffaflığın yaradılmasında, korrupsiyaya qarşı mübarizədə, rüşvətxorluğun, saxtakarlığın ifşa edilməsində dövlətə yardımçı olmaq, gənc nəsli bu işə həvəsləndirmək və bu təşəbbüsün bütün ölkə boyunca vüsət almasına nail olmaqdır. Təşkilatdan hafta.az-a bildirilib ki, layihə uzunmüddətli və genişmiqyaslı işin bir mərhələsi kimi Azərbaycanın konkret bir neçə regionunda həyata keçirilməsi nəzərdə tutulub. Həmin regionlarda fəaliyyət göstərən və əməkdaşlıq etdiyimiz qeyri-hökumət təşkilatları və gənclər təşkilatları ilə birgə ictimai fəal insanları həvəsləndirərək, regionun problemlərinin müzakirəsini açmaq, icra strukturları, bələdiyyələrlə münasibət quraraq, informasiya mübadiləsi aparmaq, bir sıra məsələlərlə bağlı birgə araşdırma həyat keçirmək, dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyəti ilə yaxından tanış olmaq, mübahisələrin, şikayətlərin, narazılıqların şəffaf şəkildə həll olunmasını təşkil etməkdir.
Siyavuş Əmirli