İstehlakçı kimi öz hüquqlarımızı niyə qorumuruq?
İstehlakçı kimi öz hüquqlarımızı niyə qorumuruq?
“Bu gün ticarət mərkəzlərində, satış obyektlərində kifayət qədər zay, vaxtı ötmüş məhsullar satışa çıxarılsa da, istehlakçı tərəfindən çox da ciddi müqavimətə rast gəlinmir”
Gündəlik həyatda hər bir insanın əsas rollarından biri istehlakçılıqdır. İnsanların yaşamasını təmin edəcək ehtiyacları var. İnsanların bir qismi başqalarına nə isə satmaq istədiyi halda digərləri də almaq üçün ticarət məkanlarına üz tutur. Beləliklə, cəmiyyətdəki ticarət həyatını istiqamətləndirməklə yanaşı ona dəstək olan da istehlakçıdır.
Əksəriyyət istehlakçı hüquqlarını ya bilmir, ya da...
Dünyada əhalinin sayı və daha yaxşı yaşamaq arzusu artdıqca insanlar daha çox almağa, daha çox istehlak etməyə başladılar. Bununla yanaşı ticarət həyatı daha da inkişaf etdikcə mərhəmətsizlik problemi də başladı. Eləcə də dünyada baş verən dəyişikliklər, müasirləşmə də ticarətə öz təsirini göstərdi. Bu gün ticarət həyatının inkişaf etdiyi bir cəmiyyətdə şüurlu bir istehlakçı mədəniyyəti varmı? Bir qisim istehlakçılar var ki, müəyyən məbləğ ödəməklərinə baxmayaraq aldığı məhsulla heç maraqlanmırlar. Əvvəllər ehtiyacları üçün mal alan istehlakçılar vardısa, indi malları dəyərinə görə deyil, sadəcə ona sahib olmaq üçün istehlak edən istehlakçılar var. İstehsalçılar isə onların maarifçiliyinin azlığından faydalanırlar. Məsələn, İngiltərədə aparılan bir araşdırmaya görə, heç geyinmədikləri libasları satın alan qadınların faizinin davamlı artdığı göstərilir. Bu, sadəcə sahip olmaq məqsədilə edilən bir davranışdır. Bu onu göstərir ki, istehlak ehtiyaclardan deyil, sonsuz arzulardan qaynaqlanır. ABŞ-da aparılan digər bir araşdırmaya görə, amerikalıların böyük əksəriyyəti digər amerikalıların hovuzlu villalarda yaşadığını, avtomobillərinin, xidmətçilərinin olduğunu düşünür. Yəni filmlərdə, seriallarda bir amerikalı necə təsvir edilirsə, digər amerikalıların da o şəkildə yaşadığını zənn edirlər. İstehlakçı bir mal satın alarkən nələrə diqqət etməlidir?Bir mal alarkən həqiqətən bu mala ehtiyacının olub-olmadığını düşünməli, alacağı malın qiymətinin büdcəsinəə uygun olub-olmadığına baxmalı, malın sağlam olmasına diqqət etməli, çəkini yoxlamağı, son istifadə tarixinə baxmayı unutmamalıdır.