Korrupsiya əleyhinə mübarizə
PRESS-RELİZ
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyinin həyata keçirdyi “Korrupsiya əleyhinə mübarizə: üçün yeni ideyalar, yeni yanaşma və yeni qüvvələr!” layihəsi çərçivəsində Bakı şəhərində bir sıra tədbirlər təşkil ediləcək. Bu tədbirlərdən növbətisi iyul 10-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir. Jurnalistlər və vətəbdaş cəmiyyəti nümayəndələri qarşısında çıəxış edən təşkilatın rəhbəri Əhməd N. Abbasbəyli layihə haqqında məlumat verərək, bu günə qədər əldə edilmiş uğurlardan, qarşıda duran vəzifələrdən danışdı. O, layihə çərçivəsində keçiriləcək Beynəlxalq Konfrans xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Daha sonra Konfransın təşkilində iştirak edən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin kordinatotu Əliməmməd Nuriyevə ölkədə ölkədə korrupsiya ilə bağlı mövcud vəziyyətdən, ona qarşı aparılan mübarizədən və bu prosesdə vətəndaş cəmiyyətinin rolundan danışdı. Növbəti çıxışçılar Rumıniyadan olan mütəxəssis Kristiana Adriana Ques və Gürcütandan olan ekspert, iqtisadi elmlər üzrə doktor Eka Qeqeşidze layihədə iştirakları məlumat vermiş, ölkələrində bu istiqamətdə görülən işlərdən, effektiv nəticələrdən danışmılar. Mətbuat konfransının sonunda iştirakçılar jurnalistlərin suallarına cavab vermişlər.
Layihə çərçivəsində növbəti tədbir iyul ayının 11-də "Diplomat-Hotelin" konfrans zalında keçiriləcək. Tədbirdə QHT və jurnalistlərlə yanaşı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Respublika Prokurorluğu, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi və s. Nazirlikləri, Dövlət Qulluğuna qəbul komissiyası və digər dövlər qurumları da dəvət edilib. Konfransın işində beynəlxalq ekspertlər (Rumıniya, Ukrayna, Gürcüstan və s.), yerli mütəxəssislər, dövlət qurumlarının xarici ölkələrin ölkəmizdəki səfirlikləri, beynəlxalq təşkilatlarının və qeyri-hökümət təşkilatlarının nümayəndləri iştirak edəcək. Bu tədbirlərin əsas məqsədi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyəti, bu istiqamətdə görülən işləri müzakirə etmək, ölkədə şəffaflığın yaradıılması, korrupsiyaya qarşı mübarizə sahəsində ciddi dəyişiklərə nail olmaq üçün daha uğurlu Avropa təcrübəsi ilə tanışlıq, ölkənin perspektivlərinin təhlil edilməsi və bu istiqamətdə vətəndaş cəmiyyətinin fəallığını artıraraq, iştimai nəzarəti gücləndirilməsidir.. Ümümüyyətlə layihənin məqsədlərinin biri də korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, “Qara Dəniz ölkələri QHT-lərinin şəbəkəsinin” yaradılması işinə başlamaqdır.