Bu gün Hüsnü Mübarək barəsində məhkəmə hökmü elan ediləcək
Keçmiş Misir prezidentini ölüm cəzası gözləyir
Bu gün Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Hüsnü Mübarək barəsində hökm elan edəcək. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, hökmün elan ediləcəyi Qahirə Polis Akademiyasına təhlükəsizlik qüvvələri cəlb ediləcək. Şəhərdə ictimai asayişə 20 min polis və 160 tank nəzarət edəcək.
Ötən ilin fevralında vəzifəsindən kənarlaşdırılan Hüsnü Mübarək korrupsiya cinayətlərində, o cümlədən, polisə nümayişçilərə atəş açmaq əmri verməklə 800 nəfərin ölümünə səbəb olmaqda ittiham edilir. (anspress.com)