Sarkozi: “Türklərə hörmətim var, ancaq...”
Sarkozi: “Türklərə hörmətim var, ancaq...”
Fransa prezidenti müsahibəsində qondarma erməni soyqırımı layihəsinə toxunub
“Türkiyənin istər qərbdə, istərsə də şərqdə yürütdüyü demokratik siyasət həmin regionlarda demokratiyanın bərqərar olmasında əvəzsiz rol oynaya bilər. Türkiyə bütün dünyada, eləcə də İsraildə münaqişə tərəfləri arasında danışıqlar prosesində iştirak etməklə vəziyyətin stabilləşməsinə təsir göstərə bilər”. Bunu “Politique international” nəşrinə müsahibəsində Fransa prezidenti Nikola Sarkozi deyib. Nikola Sarkozi Türkiyənin güclü demokratiyaya malik nəhəng güc mərkəzi olduğunu bildirib.
Sarkozi Fransa Senatında qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə qanun layihəsinin qəbuluna da toxunub. O, Fransanın heç kimə dərs vermək fikrində olmadığını, ancaq hər bir ölkənin öz tarixi qarşısında dayanmalı olduğunu da diqqətə çatdırıb.
“Bir sözlə türklərə hörmətim var, ancaq onlar da öz tərəfdaşlarına hörmət etməlidirlər”. – deyə Sarkozi qeyd edib. (anspress.com)